Anadolu klubları baş məşqçiləri əlcək kimi dəyişməkdə davam edir. Növbəti istefa xəbəri ''Kayserispor''dan gəlib.
''Football-plus.az'' az xəbər verir ki, son turda səfərdə ''Sivasspor''a 2:5 məğlub olan Kayseri təmsilçisi baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırıb. Klubun rəsmi açıqlamasında 43 yaşlı məşqçi ilə müqavilənin qarşılıqlı şəkildə ləğv olunduğu qeyd olunub və ona gələcək karyerasında uğurlar arzulanıb. Futbolçu kimi ''Beşiktaş'' da daxil olmaqla 15-dən çox klubun şərəfini qoruyan Kaloğlu məşqçi kimi daha öncə ''Altay'' və ''Gənclərbirliyi''ni çalışdırmışdı. ''Kayserispor''un başına isə Burak Yılmazın istefasından sonra - oktyabrın 10-da keçmişdi.
Ciddi maddi problemlər yaşayan komanda bu məşqçinin başçılığı altında 13 rəsmi oyundan 3 qələbə, 3 heç-heçə, 7 məğlubiyyətlə ayrılmış oldu. Maraqlıdı ki, Kaloğlu son 10 mövsümdə ''sarı-qırmızılar''dan ayrılan 21-ci (!) mütəxəssis oldu.
Kayseridə işıq üzü görən yerli nəşrlərin iddiasına görə boş qalmış vəzifəyə əsas namizəd camiənin sevimlisi Gökhan Ünaldı. ''24 Ərzincanspor''un başında uğurlu işlərə imza atan Gökhan Ünal ''Kayserispor'' tarixinin ən məhsuldar oyunçusu statusundadı.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta