AZ

"Araz-Naxçıvan"ın baş məşqçisi: "Neftçi" ilə matçın ağır keçəcəyini təxmin edirdik"

Matçın ağır keçəcəyini təxmin edirdik. Komandamdan razı qaldım, futbolçularım istədiyim futbolu sərgiləməyə çalışdılar.

"Report"un məlumatına görə, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XX turunun oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis növbəti qarşılaşmalara hazırlaşacaqlarını bildirib:

"Rəqibin məşqçisinin etdikləri bizə sirr qalır. Öz oyunumuzu qorumağa çalışırıq. Hesabda öndə olanda onların üzərimizə gəlməsi normaldır. Futbolda "qara zolaq" da var. Qalibiyyət əhəmiyyətli olur. Məğlubiyyətdən isə qaçmaq mümkün deyil".

Seçilən
2
1
far.az

10Mənbələr