Futbol üzrə Misli Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ilk olaraq meydana “Araz-Naxçıvan” və “Neftçi” komandaları çıxıblar. "Liv Bona Dea Arena"dakı görüş Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra meydan sahibləri 42 xalla 2-ci, Bakı klubu isə 18 xalla 7-ci pillədə qalıb.
Günün ikinci oyununda “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Turan Tovuz”u qəbul edəcək. Qarşılaşma saat 18:30-da start götürəcək.
Hazırda "köhlən atlar" 50 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb, Tovuz klubu 32 xalla dördüncü sırada yer alıb.
Qeyd edək ki, XX turun açılış matçında “Zirə” səfərdə “Şamaxı”ya 2:1 hesabı ilə qalib gəlib. Digər görüşlərdə isə "Səbail" doğma meydanda "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib, "Sabah" - "Sumqayıt" qarşılaşmasında isə qolsuz heç-heçə qeydə alınıb.