AZ

“Udsaq da, uduzsaq da, əhəmiyyət kəsb etmir” -  “Qarabağ”dan

"Bilirdik ki, rəqib standart vəziyyətlərdən çox yaxşı yararlanır.

Hətta məşqlərdə də bunun üzərində işləyirdik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda FCSB-yə uduzduqları görüş (2:3) haqda deyib.

24 yaşlı müdafiəçi Rumıniya komandasının hər 3 qolu standart vəziyyətlərdən vurmasına toxunub:

“Düşünürəm ki, daha diqqətli olmaq lazım idi. Təkbətək oyunlarda poblemlərimiz var idi. Görünür ki, daha çox işləməliyik".

O, son - 8-ci turda səfərdə "Olimpiakos"la keçirəcəkləri qarşılaşmadan söz açıb:

"Olimpiakos"la matçda gözəl oynamaq istəyirik. Udsaq da, uduzsaq da, əhəmiyyət kəsb etmir.

İnşallah, gözəl oyunla yadda qalmaq istəyirik".

Seçilən
13
50
sportinfo.az

10Mənbələr