AZ

Gəncədə avtomobillər toqquşdu: Xəsarət alan var

Gəncə şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...

Poliqon xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.

"Toyota Corolla" markalı avtomobillə "Chevrolet Cruz" markalı maşının toqquşması nəticəsində 29 yaşlı Heydər Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti orta ağırdır.

 
Faktla bağlı araşdırma başlanılıb. (qafqazinfo)

Poliqon.info 

Seçilən
26
14
poliqon.info

10Mənbələr