AZ

Hakan Fidan: Türkiyə, Suriya və İraq terrorçuları birlikdə məhv etməlidir

Türkiyə, Suriya və İraq terrorçuları birlikdə məhv etməlidir.

Demokratikmusavat.comxəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdadda İraq Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O, bildirib ki, üç ölkə PKK və İŞİD terror təşkilatlarına qarşı birgə mübarizə aparmalıdır.

“İraqdan gözləntimiz PKK-nı terror təşkilatı kimi tanımasıdır”, - H.Fidan əlavə edib.

O, həmçinin söyləyib ki, İraqla Suriyanın yeni hakimiyyəti arasında əlaqələr gücləndirilməlidir: “Türkiyə olaraq bunun üçün öhdəmizə düşəni edəcəyik”.

Türkiyəli nazir Qəzzadakı vəziyyət barədə də danışıb: “Atəşkəsin davamlı olmasını arzu edirik”.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri İraqda səfərdədir.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
3
10
Demokratikmusavat.com

4Mənbələr