Kamçatka sahilləri yaxınlığında 5,5 bal gücündə zəlzələ baş verib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsinin saytında məlumat verilib.
“Zəlzələ 48 kilometr dərinlikdə baş verib. Seysmik hadisənin maqnitudası 5,5 olub. Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 107 kilometr aralıda olub ”, - seymoloqlar bildiriblər