"Sumqayıt şəhərinin Nəsimi parkında, Göyərçin abidəsi adlanan ərazinin yaxınlığında yaşıllıq sahənin hasarlanması və həmin yerdə ağacların kəsilməsi ehtimalının olması ilə bağlı sosial şəbəkədə yayılan videogörüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb".
Mia.az-ın məlumatına görə, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova məlumat verib.
"Hasarlanmış sahədə ağacların kəsilməsi faktı qeydə alınmayıb.
Hasarın sökülməsi üçün Sumqayıt Şəhər Nəsimi adına Mədəniyyət və İstirahət Parkının rəhbərliyinə müraciət edilib və hazırda ərazidə hasarın sökülməsi işləri aparılır".
"Mühafizə edilməsi və onlara aqrotexniki xidmət göstərilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanacaq", - deyə o fikrini yekunlaşdırıb.