AZ

Makronun reytinqi rekord səviyyəyə düşdü

Fransa prezidenti Emmanuel Makronun reytinqi 21%-ə düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Le Journal du Dimanche” Ifop sorğusunun nəticələrinə istinadən məlumat yayıb .

Nəşr qeyd edir ki, Makronun reytinqi dekabrda 24% olub. Yanvar sorğusunda 2001 Fransa sakini iştirak edib.

Nəşr vurğulayır ki, Makronun elektoratının əsas qruplarından olan pensiyaçılar və yaşlı insanlar arasında dəstəyi azalıb. Bu qrup arasında Fransa prezidentinin reytinqi dekabrda keçirilən sorğudan sonra 10% aşağı düşüb.

Oktyabr ayında Fransa xalqının Makrona inam reytinqinin onun yenidən seçilməsindən sonra tarixi minimuma çatdığı bildirildi. Sonra bu rəqəm 22%-ə düşüb.


Müəllif: Teleqraf.com
Seçilən
17
16
teleqraf.com

10Mənbələr