AZ

Makronun reytinqləri rekord səviyyəyə enir

Fransa Prezidenti Emmanuel Makronun reytinqi 21%-ə düşüb.

Publika.az xəbər verir ki, bu barədə “Le Journal du Dimanche” Ifop sorğusunun nəticələrinə istinadla məlumat yayıb.

Nəşr qeyd edir ki, Makronun reytinqi dekabrda 24% olub. Yanvar sorğusunda 2001 Fransa sakini iştirak edib.

Nəşr vurğulayır ki, Makron elektoratının əsas qruplarından biri olan pensiyaçılar və yaşlı insanlar arasında prezidentin dəstəyi azalıb. Bu qrup arasında Fransa prezidentinin reytinqi dekabrda keçirilən sorğudan sonra 10% aşağı düşüb.

Oktyabr ayında Fransa xalqının Makrona inam reytinqinin onun yenidən seçilməsindən sonra tarixi minimuma çatdığı bildirildi. Sonra bu rəqəm 22%-ə düşüb.

Seçilən
10
1
publika.az

2Mənbələr