AZ

"Qəzza bölgəsini sakinlərdən tamamilə təmizləmək lazımdır" - Donald Tramp

"Biz Qəzza bölgəsində əsrlər boyu çoxsaylı münaqişələrə şahidlik etmişik, bunu bitirmək lazımdır..."
 
Qəzza bölgəsi tamamilə xarabalığa çevrilib, hər şey məhv edilib, insanlar həlak olur, başqa bir yerdə yaşayış məskəni salınmalıdır.
 
Moderator.az xəbər verir ki, bu barədənABŞ prezidenti Donald Tramp "Air Force One" təyyarəsində jurnalistlərlə keçirdiyi görüş zamanı bəyan edib. Məlumatı "euronews.com" nəşri yayıb.
 
Görüş zamanı o, bildirib ki, İordaniya, Misir və digər ərəb ölkələrinin Qəzza bölgəsindən köçürülən şəxslərin böyük hissəsini qəbul etməsini istəyir. Bu addımın məqsədi "müharibə zonasını təmizləmək və orada təhlükəsiz bir ərazi yaratmaqdır".
 
Tramp qeyd edib ki, bu məsələyə dair öz baxışını İordaniya kralı II Abdullah ilə müzakirə edib və eyni mövzunu Misir prezidenti Əbdül Fəttah əs-Sisi ilə də müzakirə etməyi planlaşdırır. "Bu, təxminən bir milyon yarım insanı əhatə edir", - Tramp vurğulayıb. "Biz, sadəcə, bu ərazini təmizləyib deyəcəyik: "Hər şey bitdi".
 
Qəzza bölgəsindəki müharibənin nəticələrindən danışan Tramp İordaniyanı köçkün fələstinliləri qəbul etdiyi üçün tərifləyib və kral Abdullaha bildirib ki, İordaniyanın daha çox insan qəbul etməsi onu məmnun edərdi. Çünki Qəzza bölgəsi hazırda "tamamilə xaos içindədir".
 
Tramp həmçinin əlavə edib ki, fələstinlilərin kütləvi köçürülməsi "müvəqqəti və ya uzunmüddətli" ola bilər və Qəzza ətrafındakı ərazinin əsrlər boyu "çoxsaylı münaqişələrə şahidlik etdiyini" vurğulayıb.
 
"Bununla bağlı nəsə edilməlidir", - Tramp jurnalistlərlə söhbətində qeyd edib. "Amma hazırda bu, tamamilə xarabalığa çevrilib. Demək olar ki, hər şey məhv edilib və orada insanlar ölür. Belə bir vəziyyətdə bəzi ərəb ölkələri ilə əməkdaşlıq edib başqa bir yerdə yaşayış məskənləri qurmağı üstün tutardım".
Seçilən
5
50
moderator.az

10Mənbələr