AZ

Terror aktına görə 3 qardaş TUTULDU - FOTO

Mərakeşin təhlükəsizlik orqanları terror aktına cəhdini qarşısını alıblar.

Bizim.Media xəbər verir ki, keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Berşid bölgəsinin Had əl-Suvalim rayonunda İŞİD terror təşkilatına üzv olan 4 nəfər terror əməlinə hazırlaşarkən saxlanılıb.

Tutulanlardan üçü qardaşdırlar. Onlara məxsus iki evdə aparılmış axtarış nəticəsində partlayıcı vasitələr, müxtəlif soyuq silahlar, kimyəvi maye və tozlarla dolu qablar, kükürd, kömür tozu, duzlar və şübhəli materiallar, eləcə də elektrik naqilləri, qaynaq avadanlıqları və yapışan lentlər müsadirə edilib.

Saxlanılan şəxslərin İŞİD terror təşkilatına sədaqət andı içdiklərini və terror əməli törətməyə söz verdiklərini əks etdirən videoçarx bir müddət əvvəl təhlükəsizlik orqanlarının əlinə keçib. Həmçinin qeyd olunur ki, qardaşlardan ikisi müəyyən vaxtlarda partlayışlar törətməyi planlaşdırdıqları yerlərə gedib və çəkilişlər aparıblar.

Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib və onların başqa şəxslərlə ehtimal olunan əlaqələrinin üzə çıxarılması üçün təhqiqat aparılır.




Bizim.Media

Seçilən
2
29
bizim.media

10Mənbələr