AZ

Netanyahu Trampa İsrailin bomba tədarükünə qoyulan məhdudiyyətləri aradan qaldırdığına görə təşəkkür edib

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampa ölkəsinə 2000 funt-sterlinq (təxminən 907 kq) bomba tədarükünə qoyulan qadağanı aradan qaldırdığına görə təşəkkür edib. Onun sözlərinə görə, bu, ölkəsinə özünümüdafiə üçün lazımdır.

QAZİLER.AZ  APA-ya istinadən xəbər verir ki, Netanyahunun bu barədə bəyanatı baş nazirlik tərəfindən yayılıb.

Bundan əvvəl İsrailin xarici işlər naziri Gideon Saar Trampa bu qərarına görə təşəkkür edib:

“İsrailin özünü müdafiə etmək üçün lazım olan şeylərə sahib olduğu zaman Yaxın Şərq daha təhlükəsiz olur”.

Seçilən
2
10
qaziler.az

9Mənbələr