"Mən Nikol Vova Paşinyana qarşı ictimai cinayət təqibinin başlanmasını tələb edirəm".
Teleqraf.com xəbər verir ki, bunu vəkil Aşot Simonyan bildirib.
Onun sözlərinə görə, İsveçrə erməni icmasının bir qrup nümayəndəsi ilə görüşənErmənistanın baş naziri Nikol Paşinyan qondarma erməni soyqırımına şübhə ilə yanaşıb: "Paşinyan orada dedi ki, nə baş verdiyini və niyə baş verdiyini anlamaq lazımdır. Bəs biz bunu necə qavradıq, kimin vasitəsilə qavradıq? Necə oldu ki, 1939-cu ildə "erməni soyqırımı" gündəmi yox idi və necə oldu ki, 1950-ci ildə bu gündəmə gətirildi? Biz başa düşməliyik, yoxsa başa düşməməliyik”. Paşinyanın bu çıxışı açıq şəkildə ER Cinayət Məcəlləsinin 136-cı maddəsində nəzərdə tutulmuş soyqırımı və ya insanlığa qarşı cinayətləri açıq şəkildə inkar etməkdir. Bu qanunu pozan rəsmi şəxslərin iki ildən beş ilədək müddətə azadlıqdan məhrum edilməsi nəzərdə tutulub".