Riqober Sonqun yeni iş yeri müəyyənləşib. O, bundan sonra Mərkəzi Afrika Respublikasının (MAR) milli komandasına başçılıq edəcək. Amma bu təyinat ölkədə böyük qalmaqala yol açıb.
Yığmanın sonuncu baş məşqçisi Raul Savoy ötən ilin oktyabrnda istefaya göndərilmişdi. İndi isə komanda Sonqa tapşırılıb. Ancaq təyinat məsələsi yetərincə mübahisəlidi. Belə ki, Sonq baş məşqçi vəzifəsinə MAR Futbol Federasiyası tərəfindən yox, İdman Nazirliyinin qərarı ilə təyin olunub. Onunla bağlı sənədi idman naziri Rodolf Herityer Bonyör Donenq imzalayıb. Bu isə ölkədə qalmaqal yaradıb.
Federasiyanın adı qeyd olunmayan bir rəsmisi 48 yaşlı kamerunlu mütəxəssisin baş məşqçi təyin olunması mövzusunda onlara heç bir məlumatın verilmədiyini bildirib: “Mərkəzi Afrika Respublikası Futbol Federasiyası bu təyinatı sosial mediadan dəhşət və təəccüb içində öyrəndi”. O, belə qərarları yalnız federasiyanın idarə heyətinin verə biləcəyini də xatırladıb.
Qeyd edək ki, FİFA-nın nizamnaməsinə əsasən, dövlət və hökumət qurumlarının yerli federasiyaların işinə müdaxiləsi yolverilməz hesab olunur. Buna görə hətta ölkənin futbol federasiyasının FİFA üzvlüyünün dayandırılması kimi ciddi cəza da nəzərdə tutulur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta