AZ

Belarusda keçirilən prezident seçkilərində seçicilər arasında exit-poll sorğusunun nəticələrinə yekun vurulub

Kiyev, 26 yanvar, AZƏRTAC

Birinci informasiya kanalının efirində Belarusda prezident seçkilərində seçicilər arasında keçirilən exit-poll sorğusunun nəticələrinə yekun vurulub və elan edilib.

AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, sorğunun nəticələrinə əsasən, respondentlərin 1,8 faizi Belarus Respublikasının prezidentliyinə namizəd Oleq Qaydukeviçə səs verib; Anna Kanopatskaya - 1,6 faiz, Aleksandr Lukaşenko - 87,6 faiz, Sergey Sırankov 2,7 faiz, Aleksandr Xijnyak 1,2 faiz səs toplayıb. Seçicilərin 5,1 faizi isə namizədlərin heç birinə səs verməyib.

Sorğu sosioloji seçimə əsasən 320 seçki məntəqəsində keçirilib. Seçicilərlə 1000 müsahibə aparıb. Bütün gün ərzində - seçki məntəqələri açılan andan (səhər saat 08:00-dan) bağlanana qədər müsahibəçilər seçiciləri sorğu-sual edirdilər. Sorğu anonim olub. Respondentlərdən hansı namizədə səs verdikləri soruşulub.

Seçilən
28
14
azertag.az

10Mənbələr