AZ

Lukaşenko prezident seçkilərində öndədir -86,82% səslə...

İlkin məlumatlara görə, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko 86,82% səslə prezident seçkilərində qalib gəlir.

 

Sfera.az xəbər ki, bu barədə Respublika Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko mətbuat konfransında bildirib.

 

Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç 2,02%, sahibkar Anna Kanopatskaya 1,86%, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov 3,21%, Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijyak səslərin 1,74 faizini toplayıb.

 

Seçicilərin 3,6%-i isə bütün namizədlərin əleyhinə səs verib.

 

Yekun nəticələr fevralın 3-də elan olunacaq.

 

Qeyd edək ki, 2020-ci il prezident seçkilərində Lukaşenko 80,10% səs toplayıb.

 

Firuzə Əliyeva

Seçilən
4
14
sfera.az

10Mənbələr