AZ

Gürcüstan parlamentinin qarşısında növbəti etiraz aksiyası:60-cı GÜN

Gürcüstanın paytaxtı Tbilisi şəhərində parlament binasının yaxınlığında hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Tbilisinin mərkəzində, parlament binasının yerləşdiyi Rustaveli prospektində nəqliyyatın hərəkəti bağlanıb. Etirazçılar Yeni il bayramları da daxil olmaqla ardıcıl 60-cı dəfə toplaşıblar.

 

Tbilisi Dövlət Universitetinin binasından yürüş edən nümayişçilər də Parlamentin yaxınlığındakı etirazçılara qoşulublar.

 

Eyni zamanda, Batumidə də aksiya keçirilir, onun iştirakçıları da təkrar parlament seçkilərinin keçirilməsini və son iki ayda saxlanılan etirazçıların azadlığa buraxılmasını tələb edirlər.

Seçilən
10
9
senzor.az

3Mənbələr