AZ

Yunanıstanda NATO zirehli texnikası səbəbindən sərnişin daşınması dayandırılıb

Yunanıstanın şimalındakı Aleksandrupolis-Ormenio dəmir yolunda sərnişin xidmətlərində 5 gündür ki, NATO-nun yüzlərlə zirehli texnikası Şərqi Avropaya daşındığından fasilələr yaranıb ..

Poliqon xəbər verir ki, bu barədə Pronews.gr nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, qatarlardan birində 67 zirehli maşın olub.

Yunanıstanın “Hellenic Train” dəmir yolu şirkətinin nümayəndələri yanvarın 21-dən 25-dək Aleksandrupolis-Ormenio-Orestiada dəmir yolu xəttində kommersiya yüklərinin daşınması səbəbindən xidmətin dayandırılacağını bildiriblər.

Nəşr yazıb ki, bu hərəkətlər NATO-nun Çevik Reaksiya Qüvvələrinin ilk irimiqyaslı sınağıdır və onun məqsədi Cənub-Şərqi Avropada problemlərin həlli üçün qoşunların yerləşdirilməsinin sürətinin, effektivliyinin qiymətləndirilməsidir.

Poliqon.info

Seçilən
16
36
poliqon.info

10Mənbələr