AZ

"Qarabağ"ın rəqibi derbi oyununa çıxdı

style='margin-bottom:10px;'>

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi “Olimpiakos” Yunanıstan Superliqasında növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, Pirey təmsilçisi 20-ci turda öz meydanında “Panatinaikos”la üz-üzə gəlib. Əzəli rəqiblərin qarşılaşması bərabərliklə başa çatıb – 1:1.

“Olimpiakos”da David Karmo (14), “Panatinaikos”da isə  Fotis Loanidis (74), fərqlənib.

Bu nəticədən sonra "Olimpiakos" 44 xalla liderdir. AEK və "Panatinaikos" isə 40 xalla 2-3-cü yerləri bölüşürlər.

Qeyd edək ki, “Qarabağ” Avroliqanın son turunda - yanvarın 31-də Yunanıstanda "Olimpiakos"la üz-üzə gələcək.

Seçilən
37
teleqraf.com

1Mənbələr