Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi bu gün Avropa çempionatının ilkin mərhələsində növbəti oyununa çıxıb.
QOL.az xəbər verir ki, B qrupunda yer alan İlqar Aslanovun komandası San Marinoda yığması ilə üz-üzə gəlib. Oyun 2:2 hesabı ilə başa çatıb. Bu nəticədən sonra xallarını 4-ə çatdıran U-19 millimiz Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazanıb.
U-19 ötən gün Kosovoya 4:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, əsas mərhələnin görüşləri 25-30 mart tarixlərində Xorvatiyada keçiriləcək. 7-ci qrupda yer alacaq futzalçılarımız meydan sahibi Xorvatiya, Bosniya və Herseqovina və Türkiyə ilə qarşılaşacaq. Qrup qalibi bu ilin sentyabrında Moldovanın Kişinyov şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.