AZ

La Liqa: “Barselona” “Valensiya”nı 7 qolla məğlub etdi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 21-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

“Atletik” – “Leqanes” matçında qapılara qol vurulmayıb. Üç qolun qeydə alındığı “Rayo Valyekano” – “Jirona” matçında meydan sahibləri qələbə qazanıblar. “Real Sosyedad” doğma meydanda “Xetafe”yə 3 cavabsız qolla uduzub. “Barselona” isə “Valensiya” ilə ev oyununda darmadağına imza atıb.

21-ci tura yanvarın 27-də keçiriləcək “Alaves” – “Selta” matçı ilə yekun vurulacaq.

İspaniya, La Liqa
21-ci tur
24 yanvar

Las Palmas – Osasuna 1:1
Qollar: Yanuzay, 90+8 – Oroz, 53.

25 yanvar

Malyorka – Betis 0:1
Qol: Bakambu, 90+6.

Atletiko – Vilyarreal 1:1
Qollar: Lino, 58 – Moreno, 29.

Sevilya – Espanyol 1:1
Qollar: Bade, 61 – Kumbulla, 15.

Valyadolid – Real 0:3
Qollar: Mbappe, 30; 57; 90+1-pen.

26 yanvar

Rayo Valyekano – Jirona 2:1
Qollar: Nteka, 80; 83 – B.Xil, 58.

Real Sosyedad – Xetafe 0:3
Qollar: Uçe, 72. K.Peres, 74; 85.

Atletik – Leqanes 0:0

Barselona – Valensiya 7:1
Qollar: De Yonq, 3. F.Torres, 8. Rafinya, 14. F.Lopes, 24; 45+4. Levandovski, 66. Tarreqa, 75-öz qapısına – Duro, 59.

27 yanvar

00:00. Alaves – Selta

Seçilən
3
5
arena.az

10Mənbələr