AZ

“Qarabağ” – Üçündən irəlidə, beşindən geridə

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərinin İFFHS-in açıqladığı dünya reytinqindəki mövqeləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, 8 rəqibdən 6-sı ilə görüşən Ağdam klubunu güclü komandalar gözləyir.

Qurban Qurbanovun yetirmələrinin son turda səfərdə qarşılaşacağı “Olimpiakos” təmsilçimizin 8 rəqibi arasında ən yüksək göstəriciyə malikdir.

Yunanıstan klubu siyahıda 33-cü olmaqla “Ayaks”, “Tottenhem” və “Lion” kimi rəqiblərdən öndədir.

Yanvarın 23-də Bakıya gələcək FCSB isə yalnız “Olimpiakos”la “Ayaks”dan geri qalır. “Qarabağ” 8 rəqibindən 3-nü qabaqlasa da, beşi ilə müqayisədə aşağı sıralardadır.

33. “Olimpiakos” – 230
40. “Ayaks” - 218
49. FCSB – 195,5
70. “Lion” – 176
75. “Tottenhem” – 172
81. “Qarabağ” – 168,75
82. “Bodo Qlimt” – 167
146. “Elfsborq” - 124
188. “Malmö” - 109

Seçilən
14
1
sportinfo.az

10Mənbələr