Amerika hakimiyyəti bazar günü İllinoys ştatının Çikaqo şəhərində bir sıra qeyri-qanuni mühacirləri həbs edib.
“Report” xəbər verir ki, bu barədə ABŞ İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin nümayəndəsinə istinadən “Chicago Sun-Times” qəzeti yazıb.
Əməliyyatlar təkcə xidmət idarə tərəfindən deyil, həm də FTB və Ədliyyə Departamentinin bir neçə qurumu tərəfindən həyata keçirilib.
Qeyri-qanuni mühacirlərə qarşı reydlərə Donald Tramp administrasiyası dövründə sərhəd təhlükəsizliyi və qeyri-qanuni immiqrantların deportasiyasına cavabdeh olan Tomas Homan və baş prokurorun müavini vəzifəsini icra edən Emil Bove nəzarət edir. Həbslərin sayı və onların harada həyata keçirildiyi barədə hələlik məlumat verilmir.
Qəzetin mənbəsinin sözlərinə görə, həbslər kilsələrə və iş yerlərində aparılmayıb.