AZ

Dövlət Ehtiyatları Agentliyi avtomobil ala bilmir - SƏBƏB

"Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsin nəqliyyat vasitələrinin satın alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.

 

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.

 

Bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

 

Səkkiz avtomobil almaq üçün 328 792 AZN nəzərdə tutulmuşdu.

 

Cabir Həsənov

Tarix: 27 Yanvar 2025, 08:03   
Seçilən
24
50
pravda.az

10Mənbələr