Polşanın baş naziri Maskın almanların keçmişə görə özünü günahkar hiss etmələri ilə bağlı fikirlərini pisləyib...
Polşanın baş naziri Donald Tusk amerikalı milyarder İlon Maskın almanların nasist cinayətlərinə görə özlərini günahkar hiss etməmələri barədə bəyanatını tənqid edib.
Poliqon xəbər verir ki, Mask bu barədə yanvarın 25-də Almaniya üçün Alternativ (AfD) partiyasının seçki tədbirində videobağlantı vasitəsilə çıxışında bildirib.
“AfD tədbirinin əsas iştirakçılarından almanların nasistlərin cinayətlərinə görə günahını unutmağın zəruriliyi ilə bağlı eşitdiyimiz sözlər çox tanış və məşum səsləndi. Xüsusilə də bizi Osventsimin azad edilməsinin ildönümündən saatlar ayıranda bu sözlərin səsləndirilməsi kədərlidir”, deyə Polşanın baş naziri X sosial şəbəkədə yazıb.
Qeyd edək ki, İlon Mask çıxışı almanların keçmişlə bağlı günaha çox diqqət yetirdiklərini bildirib. Mask vurğulayıb ki, “uşaqlar valideynlərinin və nənə və babalarının günahlarına görə özlərini günahkar hiss etməməlidirlər”. Milyarder həmçinin AfD-ni “Almaniya üçün ən yaxşı seçim” adlandırıb
“Alman olmaqdan qürur duymaq normaldır”, deyə Mask çıxışında vurğulayıb.
Qeyd edək ki, AfD 2013-cü ildə yaradılıb. Partiya Avropada sağçı siyasi qüvvələrin mövqelərinin güclənməsi fonunda populyarlıq qazanıb. Xüsusilə, o, immiqrasiya qanunlarının sərtləşdirilməsini, Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasını və Rusiya qazının alışının bərpasını müdafiə edir.
Poliqon.info