AZ

Samuxda ağır QƏZA:4 nəfər xəsarət aldı

Samuxda yol qəzası olub.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə rayonun İnstitut qəsəbəsinin yaxınlığında baş verib. Belə ki hərəkətdə olan "VAZ 21015"  ilə "VAZ 21011" markalı minik maşınları toqquşub.Qəza zamanı "VAZ 21011"- də olanlar-  1986-cı il təvəllüdlü E.İsmayılov, onun həyat yoldaşı 1997-ci il təvəllüdlü N.Tanrıverdiyeva, onların övladları 2008-ci il təvəllüdlü S.İsmayılov və 2023-cü il təvəllüdlü D.İsmayılova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılara tibbi yardım göstərilib,vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
6
4
avtosfer.az

7Mənbələr