AZ

Avropa Birliyi öz qoşunlarını Qrenlandiyada yerləşdirmək istəyir

Avropa Hərbi Komitəsinin rəhbəri Robert Briqer Qrenlandiyada Aİ qoşunlarının yerləşdirilməsinə çağırış edib...

Avropa İttifaqının hərbi komitəsinin rəhbəri general Robert Briger qlobal təhlükəsizlik tələblərinə cavab verən tədbir kimi Qrenlandiyaya qoşun yeritməyə çağırıb.

Poliqon xəbər verir ki, bu barədə “Welt am Sonntag” nəşri məlumat yayıb.

Brigerin sözlərinə görə, Avropa İttifaqı silahlı qüvvələri adada yerləşən ABŞ qoşunlarına qoşulmalıdır.

“Mənim fikrimcə, Qrenlandiyada təkcə ABŞ qüvvələrini yerləşdirmək deyil, həm də orada Aİ qoşunlarının yerləşdirilməsi imkanlarını nəzərdən keçirmək məntiqli olardı. Bu, güclü siqnal göndərəcək və regionun sabitləşməsinə kömək edə bilər”, deyə Briqer bildirib.

Tramp dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya ABŞ-nin bir hissəsi olmalıdır. O, həmçinin Panama kanalını ABŞ-nin nəzarətinə qaytarmaq və Meksika körfəzinin adını Amerika körfəzi adlandırmaq niyyətində olduğunu bildirib. Respublikaçının bəyanatları Panama, Kanada və Danimarka hakimiyyətlərinin kəskin reaksiyası ilə qarşılanıb,

Poliqon.info

Seçilən
2
8
poliqon.info

6Mənbələr