Xaçmaz rayonunun Xaspolad-oba kənd sakini 22 yaşlı Ramil Əbilovu bıçaqlayan şəxs saxlanılıb.
APA-nın Şimal bürosu xəbər verir ki, R.Əbilova xəsarət yetirərək qaçan dostu 20 yaşlı Xalidov Seyidbaba Coşqun oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
27 yanvar, 23:10
Xaçmaz rayonunun Xaspolad-oba kəndində bıçaqlanma hadisəsi baş verib.
APA-nın Şimal bürosu xəbər verir ki, 2003-cü il təvəllüdlü Ramil Əbilova bıçaq xəsarəti yetirilib.
O, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və hazırda tibbi yardım göstərilir. R.Əbilov bildirib ki, ona dostu Seyidbaba adlı şəxs bıçaq xəsarəti yetirərək qaçıb.
Hazırda onu bıçaqlayan şəxsin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.