Albaniyanın baş naziri Edi Rama paytaxt Tiranada bəktaşilər üçün Vatikana bənzər bir dövlətin qurulacağını açıqlayıb.
Publika.az xəbər verir ki, Rama Bəktaşi lojasının Türkiyədən Albaniyaya köçürülməsinin 95-ci ildönümü münasibəti ilə keçirilən mərasimdə çıxış edib.
O qeyd edib ki, bölmək üçün deyil, birləşmək üçün buradayıq:
“Dünya Bəktaşi Mərkəzini bütün dinlərdən və millətlərdən olan insanların ziyarət edəcəyi beynəlxalq bir cazibə mərkəzinə çevirə bilərlər. Belə bir dövlətin qurulmasına qarşı çıxanlardan qoxrmuruq. Albaniya unitar dövlətdir, yəni federativ dövlət deyil”.
Rama sözügedən planın nə vaxt həyata keçiriləcəyi ilə bağlı məlumat verməyib. İstənilən mümkün addım Albaniya parlamenti tərəfindən də təsdiqlənməlidir.