AZ

ABŞ-ın hansı prezidentləri Rusiyaya gəldi?

Yazını böyüt
Yazını kiçilt

Donald Tramp ABŞ-da prezident seçilər-seçilməz Rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyini bəyan elədi. Görüş təbii ki, nə Moskvada, nə də Vaşinqtonda olacaq, güman ki, tərəflərin razılığı ilə hansısa üçüncü ölkədə keçiriləcək.

Hafta.az-ın yazdığına görə, bununla belə, Rusiya ictimaiyyəti indi tarixində ABŞ-ın hansı prezidenti Rusiyaya səfər edib sualına cavab axtarır.

Rusiyada olan ilk ABŞ prezidenti Con Quinci Adamsdır. Əslində o, prezident olandan sonra deyil, daha əvvəllər Sankt Peterburqda konsul işləyib deyə Rusiyada olub.

Beləliklə, Adams həm də bir müddət Rusiyada yaşayan yeganə Amerika prezidentidir.

1809-cu ildə Sankt Peterburqa gələn və 5 il bu şəhərdə yaşayan Adams həm də çar I Aleksandrın yaxın dostu olub.

Sovet İttifaqına səfər edən ilk Amerika prezidenti Franklin Delano Ruzveltdir. Ruzvelt II İkinci Dünya Müharibəsinin sonlarında Yaltaya gələrək Stalin və Çörçilllə danışıqlar aparıb.

Ruzveltin səfərindən sonra 1972-ci ildə Nikson, 1974-cü ildə Ford, 1988-ci ildə Reyqan və 1991-ci ildə Corc Buş Rusiyaya gəlib.

Sovet İttifaqı dağılandan sonra ABŞ prezidenti seçilmiş hər üç şəxs Rusiyaya səfər edib. Bill Klinton 1994-cü ildə, kiçik Corc Buş 2002-ci ildə və nəhayət Barak Obama 2009-cu ildə Rusiyaya təşrif buyurub.

ABŞ-ın əvvəlki prezidenti Co Bayden Rusiyaya senator və vitse-prezident vəzifələrində çalışarkən gəlib.

ABŞ prezidentləri 2009-cu ildən sonra Rusiyaya səfər etməyiblər.

Seçilən
3
21
hafta.az

10Mənbələr