AZ

Avropa İttifaqı Qrenlandiyaya qoşun yeritmək istəyir

Aİ Hərbi Komitəsinin rəhbəri general Robert Briger Qrenlandiyaya qoşun yeritməyə çağırıb.

Editor.az xəbər verir ki, o bildirib ki, bu addım qlobal təhlükəsizlik tələblərinə cavab verir. Onun sözlərinə görə, Aİ silahlı qüvvələri adadakı ABŞ qoşunlarına qoşulmalıdır.

“Məncə, hazırda olduğu kimi, təkcə ABŞ qüvvələrini Qrenlandiyada yerləşdirmək deyil, həm də Aİ qoşunlarının Qrenlandiyada yerləşdirilməsi imkanlarını nəzərdən keçirmək məntiqli olardı. Bu, regionda sabitliyin təmin olunmasına töhfə verəcək”, – Briger bildirib.

ABŞ prezidenti Donald Tramp dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya Birləşmiş Ştatların tərkibində olmalıdır. Onun sözlərinə görə, o, həmçinin Panama kanalını ABŞ-ın nəzarətinə qaytarmağı və Meksika körfəzinin adını Amerika Körfəzi adlandırmağı planlaşdırır. Panama, Kanada və Danimarka rəsmiləri respublikaçıların bəyanatlarına sərt reaksiya veriblər.

//Gülnarə Abasova, Editor.az

Seçilən
4
25
editor.az

10Mənbələr