AZ

Lukaşenko 86,82% səslə prezident seçkilərində qalib gəlir

İlkin hesablamalara görə, Belarusun hazırkı dövlət başçısı Aleksandr Lukaşenko 86,82% səslə prezident seçkilərində qalib gəlir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko mətbuat konfransında deyib.

 

Lukaşenkonun rəqibləri Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç 2,02%, sahibkar Anna Kanopatskaya 1,86%, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov 3,21% və Əmək və Ədalət Respublika Partiyasının sədri Aleksandr Xijnyak 3,6% səs toplayıblar.

Seçilən
2
7
senzor.az

10Mənbələr