AZ

Aİ XİN başçıları toplanır – Gürcüstanla bağlı hansı qərar gözlənilir?

Bu gün Brüsseldə Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək.

Teleqraf.com-un yerli bürosu xbər verir ki, gündəliyə Gürcüstanda baş verən proseslərin də müzakirəsi daxildir.

Nazirlərin Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılması barədə qərarı təsdiqləyəcəkləri gözlənilir.
Toplantıya Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas sədrlik edəcək.

Qeyd edək ki, yanvarın 24-də Aİ-nin 27 ölkəsinin daimi nümayəndələri Gürcüstan diplomatları üçün vizasız rejimin dayandırılması barədə qərar qəbul ediblər.


Müəllif: Cəmilə Babayeva
Seçilən
11
6
teleqraf.com

10Mənbələr