AZ

Subsidiyanın əldə edilməsi üçün əkinlər sığortalanmalıdır - YENİ QƏRAR

Aqrar Subsidiya Şurası tərəfindən əkin subsidiyasının əldə edilməsi üçün aqrar sığorta predmetinə aid bitkilərdən sığortalanması tələb olunan bitkilərin siyahısı və onların əkin sahələrinin minimum ölçüsünə dair qərarlar qəbul edib.

Bu barədə Marja.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki,

- Birillik bitkilər üzrə əsas əkin subsidiyası və təkrar əkin subsidiyalarının ödənilməsi üçün ayrı ayrılıqda cəmi əkin sahəsi 10 hektar və ya daha artıq olan arpa, buğda, çəltik və qarğıdalı əkinləri;

-Çoxillik bitkilər üzrə Şuranın 2024-cü il 29 avqust tarixli Qərarının 2.14.1-ci yarımbəndi ilə müəyyən edilmiş əkin əmsalı üzrə üzüm, 2.15.1-ci yarımbəndi ilə müəyyən edilmiş əkin əmsalı üzrə çay, 2.16.1.1-2.16.1.6-cı yarımbəndləri ilə müəyyən edilmiş əkin əmsalları üzrə fındıq, nar, zeytun, limon, kinkan, narıngi, portağal, şaftalı (nektarin) və ərik, habelə 2.16.1.8–2.16.1.13-cü abzasları ilə müəyyən edilmiş əkin əmsalları üzrə armud, alma, gilas, xurma(xirnik), badam və qoz əkinləri, bu bağların salınması üçün müəyyən edilən minimum hektarlara müvafiq olaraq sığortalanmalıdır.

 

əkin subsidiya
Seçilən
16
8
marja.az

10Mənbələr