AZ

Ermənistanda hərbi prokuror yol qəzasında öldü

Yanvarın 27-də, saat 07:50 radələrində İrəvan-Gümrü avtomobil yolunda "Toyota Camry" markalı minik avtomobili ilə "Avia" markalı yük maşını toqquşub.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, toqquşma nəticəsində 1 nəfər hadisə yerində ölüb.

Məlum olub ki, ölən şəxs – “Toyota”nın sürücüsü İrəvan sakini, Tavuş Qarnizonu Hərbi Prokurorluğunda prokuror işləyən 29 yaşlı Şuşan Hodabaşyandır.

Hadisə ilə bağlı Araqatsotn Regional İstintaq İdarəsində cinayət işi başlanıb.
 

Seçilən
7
5
modern.az

10Mənbələr