AZ

FHN təhsil müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı müraciət edib - VİDEO

FHN təhsil müəssisələrində yanğın təhlükəsizliyinə dair qaydalarla bağlı məlumat yayıb.

APA FHN-ə istinadən xəbər xəbər verir ki, məlumatda deyilir:

Təhsil müəssisəsinin yanğın təhlükəsizliyinin təmin olunmasına görə müəssisənin rəhbərliyi cavabdehlik daşıyır. Təhsil müəssisələrində tikinti norma və qaydalarının yanğına qarşı tələblərinə ciddi riayət olunmalı, texnoloji lahiyələndirilmə normalarının pozulmasına yol verilməməli, aşkarlanmış pozuntular dərhal aradan qaldırılmalıdır. Təhsil müəssisəsinin hər bir əməkdaşı, tələbələr və məktəblilər yanğın təhlükəsizliyi qaydalarını bilməli, bu qaydalara və müvafiq sahədə yanğına qarşı rejimə ciddi riayət etməli, yanğın baş verdikdə isə insanları xilas etmək və yanğını söndürmək üçün ondan asılı olan bütün tədbirləri görməlidir. Təhsil müəssisələrində yanğın təhlükəsizliyinin təmin edilməsi üçün bir sıra qaydaları xatırladırıq:  müəssisənin ərazisi təmiz saxlanılmalı, zibil tullantıları xüsusi ayrılmış sahələrə yığılmalı və mütəmadi olaraq daşınıb aparılmalıdır;  bütün bina və qurğulara sərbəst yaxınlaşma təmin edilməli, binalar arasında yanğına qarşı ara məsafələrinə əşyalar yığılmamalı, həmin yerlər nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə edilməməlidir;  qızdırıcı, havadəyişmə və elektrik qurğularının texniki vəziyyəti nəzarətdə saxlanılmalı, yanğın baş verməsinə səbəb ola biləcək, aşkar edilmiş nöqsanlar dərhal aradan qaldırılmalıdır;  yanğınsöndürmə qurğuları və vəsaitləri daima istifadə üçün yararlı vəziyyətdə saxlanılmalıdır;  məktəblilər, tələbələr, professor və müəllim heyəti, elmi işçilər tərəfindən yanğın təhlükəsizliyi qaydalarının öyrənilməsi və onlara riayət edilməsi təşkil edilməli, ildə bir dəfədən az olmayaraq bütün xidməti heyətlə, tələbə və məktəblilərlə yanğın zamanı hərəkətlərə və təxliyə planına dair praktiki məşğələləri keçirilməlidir;  cərəyan altında olan elektrik cihaz və qurğuları nəzarətsiz qalmamalı, iş günü və dərslər qurtardıqdan sonra növbətçi işıqlandırma və elektrik qurğuları istisna olmaqla, cərəyan kəsilməlidir;  laboratoriyalarda yanğın və partlayış xassəli kimyəvi maddələrin istifadəsi və saxlanılması zamanı müəllimlər, tələbə və şagirdlər yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməlidir;  otaqların isidilməsi üçün qeyri-standart elektrik və qaz qızdırıcı sobalarından istifadə edilməməlidir;  odun sobasının yandırılması üçün benzin, kerosin və digər tez alışan və yanar mayelərdən istifadə edilməməli, sobanın odluq gözünün qarşısında döşəməyə ən azı 50x70 sm ölçüdə metal təbəqə vurulmalıdır;  zirzəmi və yarımzirzəmi otaqlarında partlayış təhlükəli maddə və materiallar, asan alışan və yanar mayelər saxlanılmamalıdır;  çardaq otaqları və texniki mərtəbələrə artıq əşyalar yığılmamalı, qapıları kilidlənməli, açar isə sutkanın istənilən vaxtında götürülməsi mümkün olan yerdə saxlanılmalıdır;  pəncərələrdə açılmayan dəmir barmaqlılar quraşdırılmamalıdır;  binanın həyətində və yaxınlıqda asan alışan və yanar mayelər olan çənlər, sıxlaşdırılmış və maye qaz balonları saxlanmamalı, həmçinin tonqal qalanmamalıdır;  ibtidai sinifdə oxuyan və kiçik yaş qrupuna aid uşaqlar məktəblərin və məktəbəqədər uşaq müəssisələrinin birinci mərtəbələrində yerləşdirilməlidir;  kütləvi tədbirlər yalnız ikinci mərtəbədən yuxarı olmayan otaqlarda keçirilməlidir. Yanğın baş verərsə,  dərhal “112” qaynar telefon xəttinə və müəssisənin rəhbərinə məlumat verilməli;  yanğından mühafizə bölmələri gələnədək insanların binadan təxliyəsi təşkil edilməli və mümkündürsə, ilkin odsöndürücü və ya əl altında olan digər vasitələrlə (su, qum, parça materialı və s.) yanğını söndürməyə çalışılmalı;  yanğının şiddətlənməməsi üçün mümkün olduğu qədər pəncərə və qapılar bağlı saxlanılmalı;  yanğının söndürülməsi ilə məşğul olmayan insanlar bina və təhlükəli zonadan kənarlaşdırılmalıdır. Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!

Seçilən
9
23
apa.az

10Mənbələr