![NİİM:](https://1news.az/images/2025/01/27/20250127102356637/thumb.jpg?2025-01-27+10%3A28%3A51)
Yasamal rayonu, Əbdülrəhim bəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindəki mövcud svetoforun iş rejiminə dəyişiklik edilib, Əbdülrəhim bəy Haqverdiyev küçəsi ilə hərəkət edən nəqliyyat axınının intensivliyini artırmaq məqsədi ilə sözügedən küçədən sola dönən nəqliyyat vasitələri üçün faza vaxtına düzünə hərəkət də əlavə edilib, nəticədə Əbdülrəhim bəy Haqverdiyev küçəsində nəqliyyat axınının intensivliyi pik saatlarda artıb; Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi ilə Xocalı prospektinin kəsişməsindəki mövcud svetoforun vaxt planına dəyişiklik edilib, Nəcəfqulu Rəfiyev küçəsindən sola (Xocalı prospektinə) dönən nəqliyyat vasitələri üçün səhər pik saatlardakı faza vaxtı 10 saniyə artırılıb və nəticədə sözügedən istiqamətdə sıxlıq aradan qalxıb. Bununla yanaşı, həmin yolayrıcında sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə Xocalı prospektindəki mövcud svetofor dirəyində sola dönən nəqliyyat vasitələri üçün yaşıl lampanın üzərinə “sola dönmə” vinil örtüyü yapışdırılıb; Ceyhun Hacıbəyli küçəsindəki mövcud piyada svetoforunun iş rejiminə dəyişiklik edilərək piyadalar üçün “piyada düyməsi” qurğusu quraşdırılıb və nəticədə nəqliyyat axınının ləngiməsi azalıb. Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçələrinin kəsişməsindəki svetofor dirəyinə 1 ədəd təkrarlayıcı bölmə quraşdırılıb; Nizami rayonu, Babək prospekti, “Maşın bazarı” dairəsindəki svetoforun iş rejimi dəyişdirilərək “piyada düyməsi” quraşdırılıb; Nərimanov rayonu, Azadlıq prospektində yaranmış nəqliyyat sıxlığını aradan qaldırmaq məqsədilə Məmməd Araz və Yusif Vəzir Çəmənzəminli küçələri ilə kəsişmələrdəki svetoforların vaxt dövrü 20 saniyə artırılıb; Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki mövcud piyada svetoforunda nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş faza vaxtı 50 saniyədən 70 saniyəyə artırılıb. Nəticədə sözügedən küçədə nəqliyyatın orta sürəti 5 km/s artıb; Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Mətbuat prospektinin kəsişməsindəki svetoforun iş rejimi 2 fazadan 3 fazaya dəyişdirilib. Nəticədə yolayrıcında yaranan nəqliyyat yığılması aradan qalxıb; Nərimanov rayonu, Təbriz və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki mövcud svetoforun dirəyinə 2 ədəd təkrarlayıcı bölmə quraşdırılıb; Binəqədi rayonu, Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələrinin kəsişməsindəki svetoforun iş rejiminə dəyişiklik edilərək Əhməd Rəcəbli küçəsi istiqamətində avtomobillərin sola təhlükəsiz dönməsi üçün svetoforun yaşıl işığı 8 saniyə artırılıb; Avtobus zolaqlarının təşkil edilməsi ilə bağlı Şəhər şosesindəki nəqliyyat intensivliyini artırmaq məqsədilə sözügedən şosenin Əcəmi Naxçıvani və Mübariz İbrahimov küçələri ilə kəsişmələrində yerləşən svetoforların faza vaxtı 10 saniyə artırılıb; Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsindəki svetoforun təkrarlayıcısının faza vaxtı 10 saniyə artırılıb, nəticədə yolayrıcında yaranan nəqliyyat yığılması aradan qaldırılıb; Nizami rayonu, Qara Qarayev prospektinin Azər Manafov və Şirin Mirzəyev küçələri ilə kəsişmələrindəki svetoforların təkrarlayıcılarında yaşıl işığının müddəti 10 saniyə artırılıb, nəticədə hər iki yolayrıcında hərəkət iştirakçılarının təhlükəsizliyi təmin edilib; Binəqədi rayonu, Mircəlal və Asif Məhərrəmov küçələrinin kəsişməsində svetoforun Mircəlal küçəsindən Asif Məhərrəmov istiqamətində sola hərəkət edən nəqliyyat vasitələri üçün faza vaxtı 10 saniyə artırılıb;
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən cari ildə də tədbirlər planı çərçivəsində işlər davam etdiriləcək.