AZ

Pakistanda dini təhqir etməkdə ittiham olunan dörd nəfər edam olunacaq


Pakistan məhkəməsi sosial şəbəkələrdə İslam din xadimlərinə və Qurana qarşı təhqiramiz materiallar yerləşdirdiyi üçün 4 nəfəri ölüm cəzasına məhkum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Məlumata görə, məhkəmə ölüm hökmlərinə əlavə olaraq, onlara 4,6 milyon rupi (təxminən 16,500 ABŞ dolları) məbləğində cərimə təyin edib.
Pakistanın Ravalpindi şəhərinin hakimi Tariq Ayub deyib ki, müqəddəs şəxsiyyətlərə və Qurana hörmətsizlik bağışlanmaz cinayətlərdir və güzəştə yer qoymur.
Təqsirləndirilən şəxslərin vəkili Munzur Rəhmani qərarla bağlı apellyasiya şikayəti hazırlandığını bildirib.
O, bunu istintaq orqanlarının sübutlarının az olması ilə əlaqələndirib.
Seçilən
15
3
yeniavaz.com

4Mənbələr