Sudan Suverenlik Şurasının prezidenti və ordu komandiri general Əbdül Fəttah əl-Burhanın dünən verdiyi açıqlamada ölkənin tezliklə silahlı üsyançılardan xilas olacağını bildirib və “müxalifətin tərəfində olanlarla heç bir danışıqlara və ya güzəştə getməyəcəyini” deyib.
Hafta.az-ın yazdığına görə, əl-Burhan bu açıqlama ilə 2023-cü ilin aprelindən bəri mülki keçidi nəzərdə tutan siyasi proses zamanı Sudan ordusuna qarşı müharibə aparan Çevik Dəstək Qüvvələrinə (HDK) mesaj göndərib.
Əl-Burhan Şimali Xartumdakı Hərbi Birlik Qərargahına ziyarəti zamanı etdiyi çıxışında deyib: “Bu xalqın bir məqsədi var və biz hamımız ona bağlıyıq. Sudan xalqını qoruduğuna və onların narahatlıqlarını aradan qaldırdığına görə Allaha şükür edirik”.
Əl-Burhan sözlərini bu ifadələrlə yekunlaşdırıb: “Allah bizə uğur qazanmaq üçün güc versin, Sudan xalqının ümidlərini diriltsin, onları təcavüzkarlardan qorusun və əllərindən alınmış haqlarını onlara geri versin”.