"Hakimiyyətin Qarabağ və məcburi köçkünlərlə bağlı atdığı istənilən müsbət addımını siyasi mövqeyindən asılı olmayaraq bir vətəndaş kimi dəstəkləyir və bundan sonra da dəstəkləyəcəyik". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini Rafiq Daşdəmirli deyib: "Qarabağ bizim ümummilli məsələmizdir. Zəngəzurla bağlı qərarın bir neçə baxımdan əhəmiyyəti var. Burada heç bir siyasi rəqabətdən söhbət gedə bilməz. Müharibə hələ bitməyib, indi psixoloji müharibə aparılır. Qarabağın bərpası, əhalinin geriyə qaytarılması məsələlərində Ermənistanla psixoloji müharibədə üstünlük bizim olsa, şübhəsiz ki, Zəngəzurun qaytarılması tezləşəcək. Ermənilərin silahlanması bizim özümüzə güvənimizi artırır. Nə qədər silah sursat yığsalar da bizim nifrətin qarşısında dayana bilməyəcəklər. Qarabağda gedən quruculuq işləri gələcəkdə qələbəmizi bariz nümunəsidir. Haqq əyilər qırılmaz. Zəngəzur və Göyçə bizim tarixi torpaqlarımızdır. Sülh sazişi bizim istəyimizlə imzalanmalıdır, əks təqdirdə birdəfəlik müharibəyə hazır olmalıyıq.Yaxın zamanlarda ordymuzun yeni qələbələrinin şahidi olub, qarış-qarış da olsa torpaqlarımızın azad olunmasının şahidi olacağıq".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31