AZ

2024-cü ilə 19 prokurorluq əməkdaşı barəsində intizam tənbeh tədbiri tətbiq edilib

Xəbər verildiyi kimi, yanvarın 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Geniş Kollegiya iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib.

Baş prokuror bildirib ki, 2024-cü ildə 17 prokurorluq işçisi və 2 dövlət qulluqçusu barəsində intizam tənbeh tədbiri tətbiq edilib. Onlardan 7 nəfərə töhmət, 4 nəfərə şiddətli töhmət elan edilmiş, 7 nəfər vəzifədən azad olunmuş, 1 nəfər isə rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric edilmiş

Həmçinin, bildirilib ki, 2024-cü ildə 52 prokurorluq işçisi işə qəbul edilib, 382 şəxs isə həvəsləndirilib.

Həmçinin, 2024-cü ildə dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə 55 şəxs işə qəbul edilib, 85 şəxs isə həvəsləndirilib.

Bundan başqa, hesabat dövründə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 14 nəfər prokurorluq işçisi müxtəlif medallarla təltif edilib (onlardan 3 nəfər “Tərəqqi” medalı ilə, 11 nəfər isə “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilib).


Müəllif: Teleqraf.com
Seçilən
2
49
teleqraf.com

10Mənbələr