AZ

Türkiyə PUA-ları Ermənistan sərhədini keçib? – MN-dən REAKSİYA

"Ermənistan hava məkanının Türkiyəyə məxsus pilotsuz uçuş aparatları vasitəsilə pozulmasına dair iddialar həqiqətə uyğun deyil".

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən "Armenpress"ə bildirilib.

Nazirliyin sözçüsü Aram Torosyan Türkiyə PUA-larının Ermənistan sərhədini keçdiyinə dair sosial şəbəkələrdə müzakirə olunan görüntülərin reallığı əks etdirmədiyini deyib.

Qeyd edək ki, PUA-ların Ermənistan sərhədini bir müddətdir davamlı şəkildə keçdiyi və kəşfiyyat uçuşları həyata keçirdiyinə dair iddialar yayılıb. (Globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
9
olaylar.az

6Mənbələr