Türkiyənin Məmləkət Partiyasının sədri Mühərrəm İncə ilə bağlı sürpriz iddia yayılıb.
“Cebheinfo.az” xəbər verir ki, siyasətçinin Cümhuriyyət Xalq Partiyasına (CHP) qayıdacağı deyilir.
Üstəlik, CHP-nin deputatı Ali Öztunç da “Sözcü” telekanalında sözügedən xəbərlərin doğru olduğunu deyib:
“Bununla bağlı məlumatım var, xəbər doğrudur. Mühərrəm İncənin CHP-yə qayıtmaq kimi bir niyyətinin olduğunu hər kəs bilir. Ancaq CHP rəhbərliyinin bu məsələyə ilə bağlı mövqeyini bilmirəm. Fəqət Mühərrəm bəyin ata ocağına dönmək arzusunda olduğunu bilirəm”.
Qeyd edək ki, Mühərrəm İncənin CHP-yə qayıtmaq üçün Kamal Kılıçdaroğlu və Özgür Özəl ilə də görüşdüyü iddia olunur.