Sosial şəbəkələrdə bir çox lor və estetik cərrahlar ucuz məbləğə, hətta kreditlə müştəri cəlb etmək üçün kompaniyalar keçirir. Bu da onların peşəkarlığını sual altına qoyur, çünki illərin savadlı həkimləri üç min, dörd minə əməliyyat etdikləri halda, kompaniya və kreditlə əməliyyat edən həkimlər 1000 manat məbləğ qoyaraq müştəri cəlb edirlər. Sonra həmin pasiyentlərdə deformasiya, problemlər yaranır və revizyon əməliyyat etdirməyə məcbur qalırlar. Revizyon əməliyyatı isə daha baha başa gəlir. Çünki başqa bir həjimin qüsurlu işini yenidən etməlidirlər. Hətta qulaq və qabırğa qığırdağına ehtiyac duyulur, çünki deformasiyaya məruz qalan burunda qığırdaq çox yontulur və nəticədə burun çökür.
Məslələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla bildirib ki, ümumiyyətlə, cərrahiyə ilə hər sahədə peşəkarlar məşğul olmalıdırlar. O cümlədən də estetik rinoplastika ilə yaxşı olar ki, peşəkar lor həkimlər məşğul olsun. Çünki onlar bəzən xəstələrdə təkcə estetik tərəfi deyil, funksional olaraq müəyyən korreksiyalar etmək zərurəti yaranır.
Professorun sözlərinə görə, təəssüflər olsun ki, bunu bəzən lor həkimləri estetik tərəflərinin nüanslarına əməl etmirlər, yaxud da təcrübələri olmur. Və ya əksinə… Bu baxımdan da bunların hər ikisi, estetik rinoplastika ilə məşğul olan lor həkimlərinin bu sahədə də müəyyən nəzəri bilikləri və təcrübələri olmalıdır. Çünki estetik təlabatlar var.
“Yəni, burun ucunun ən yüksəkdə olması, burunun orta xəttinin düz yerləşməsi, burun belinin düzgün olması və irsi faktorlara, daha doğrusu milli faktorları göstərməsi, məsələn slavyan burnu ilə şərq burnunun fərqi var. Keçid yerinin düzgün olması vacibdir. Bəzən görürsünüz ki, alından buruna keçən hissədə çökəklik düzgün olmur və buda estetik deffekt sayılır. Bütün bu kriteriyalar, (hələ mən funksional tərəfini demirəm) yalnız zahiri görünüş üçün burun əməliyyatında bunlar çox vacibdir.
Burun belinin həddindən artıq götürülməsi yəhərvari buruna gətirib çıxarır. Burun oxunun düzgün olmaması onun əyilməsinə səbəb olur. Bu məsələlərin hər biri haqqında kifayət qədər bilgilər tələb olunur. Bununla yanaşı da bir şeyi nəzərə almaq lazımdır ki, cərrahi əməliyyatlarda ağırlaşmalar da olur. Bu ağırlaşmalar burun daxilində nazosomal infeksialardan qaynaqlanır. Bunlar da əvvəlcədən yoxlanmalıdır. Xəstənin analizi toplanmalıdır. Yəni, bəzən görürsünüz ki, estetik cərrahlar bunları nəzərə almırlar. Əməliyyatdan sonrakı dövrdə hər hansı müalicə aparıblar və nəticədə irinli ağırlaşmalar olur. Bu da burunun sonrakı deformasiyalarına, narazılıqlara və s. səbəb olur”.