AZ

"İndiki zamanda belə bir hamam olar?", - Buzovnada yataqxanada yaşayan sakinlər deyir

Məqalə barədə məlumatMüəllif, İzolda AğayevaVəzifə, BBC News Azərbaycanca

Bakının Buzovna qəsəbəsində yerləşən 1 saylı yataqxananın sakinləri binalarının qəzalı vəziyyətdə olmasından şikayətlənirlər.

Onlar bildirir ki, binanın qəzalı vəziyyətdə olması ilə bağlı Fövqəladə Hallar Nazirliyi də rəy verib. Lakin onların köçürülməsi ilə bağlı heç bir addım atılmır.

"Mən 4-cü mərtəbədə yaşayıram. Mətbəxtdə iş görən zaman tavanın betonu töküldü anamın üstünə", - yataqxanada yaşayan Əli Məmmədov deyib.

Yataqxana sakinləri Xəzər Rayon İcra Hakimiyyətinin onların şikayətinə məhəl qoymadıqlarını bildiriblər.

"İcra hakimiyyətində bizi heç qapıdan içəri girməyə qoymurlar. Hamısı o yuxarıda oturanlardır. Bizə imkan vermirlər ki, biz də, bizim uşaqlarımız da yaşasın. Özləri yaxşı yaşayır, amma gəlib, baxan yoxdur ki, bu millət də yaşamalıdır da", yataqxanada məskunlaşmış Zərifə Şəfiyeva deyib.

BBC Xəzər Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyindən məsələ ilə bağlı cavab ala bilməyib.

Videoya YouTube kanalımızda baxın.

Seçilən
17
bbc.com

1Mənbələr