Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı iləƏlahiddə Ümumqoşun Orduda (ƏÜO) xidmətə yeni qəbul olunan gəncəsgərlərə daim qayğı göstərilir, onların adaptasiya prosesinəxüsusi həssaslıqla yanaşılır və hazırlığına diqqət yetirilir.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumatverilib.
Çağırışçılar tibb məntəqəsində hərbi həkim komissiyasıtərəfindən təkrar müayinə edildikdən sonra mövsümə uyğun hərbigeyim və digər təminat növləri ilə təmin olunurlar.
Proqrama əsasən, gənc əsgərlərlə sıra və fiziki hazırlıq üzrədərslər, eləcə də döyüş hazırlığı üzrə məşğələlər keçirilir.
Bu məqsədlə onlarla nizamnamə hazırlığı, hərbi qanunvericilik,hərbi intizam qaydaları, təhlükəsizlik qaydaları, həmçinin sıra,fiziki və atəş hazırlığı üzrə məşğələlər keçirilir.
Bundan başqa, gənc əsgərlərin sağlamlığının diqqət mərkəzindəsaxlanılması və normalara uyğun keyfiyyətli qidalanmasının təşkiliməqsədilə əsgər yeməkxanalarında sanitar-gigiyenik qaydalara tamriayət olunmaqla bütün zəruri tədbirlər həyata keçirilir.
Həmçinin hərbi qulluqçuların mədəni-asudə vaxtının səmərəlitəşkili məqsədilə də tədbirlər təşkil edilir.