Bakı. Trend:
Ötən il daha 216 uşaq dövlət uşaq müəssisələrindən ailələrininhimayəsinə qaytarılıb.
Trendxəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyi məlumat yayıb.
Bildirilib ki, ötən il həmçinin 182 uşağın ailələri tərəfindənmüəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların özailələrində saxlanması təmin olunub.
Ümumilikdə ötən dövrdə 664 uşağın müəssisələrdən ailələrinəqayıdışına nail olunub, 547 uşağın ailələri tərəfindən müəssisələrəverilməsinin qarşısı alınıb.