AZ

Paşinyan “erməni soyqırımı” səhifəsini bağlayır – Lika Tumanyan

Ermənistan Baş naziri Nikol Paşinyan qondarma erməni soyqırımı məsələsini bağlamağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni teleaparıcı Lika Tumanyan bildirib.

“Nikol Paşinyan erməni soyqırımı (qondarma – red.) səhifəsini bağlayan şəxs kimi tarixdə qalmaq istəyir”, - aparıcı deyib.

Xatırladaq ki, Paşinyan bundan əvvəl İsveçrədə erməni icması ilə görüşündə qondarma soyqırımı məsələsindən danışıb.

Ermənistan rəhbəri çıxışında dolayı yolla ermənilərin tarixi saxtakarlığa yol verdiklərini etiraf edib:

“Nə və niyə baş verdiyini anlamaq lazımdır. Bəs biz bunu necə qavradıq, kimin vasitəsilə qavradıq? Necə oldu ki, 1939-cu ildə (qondarma – red.) erməni soyqırımı gündəmi yox idi və necə oldu ki, 1950-ci ildə erməni soyqırımı gündəmi yarandı? Necə oldu, başa düşməliyik”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
7
37
teleqraf.com

10Mənbələr