AZ

Paşinyan erməni şovinizminin BELİNİ SINDIRDI – “Soyqırımı” açıqlamasının BİLİNMƏYƏNLƏRİ

“Ermənistanın Baş naziri Nikol Paşinyanın ermənilərin Osmanlı imperiyasındakı “soyqırımı” məsələsinin yenidən araşdırılmasının zəruriliyi barədə bəyanatı xüsusi diqqətə alınmalıdır”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müşaviri Tənzilə Rüstəmxanlı deyib.

Millət vəkili Ermənistanın Baş naziri Nikol Paşinyanın Sürixdəki erməni diasporunun nümayəndələri ilə görüşdə qondarma erməni “soyqırımı” ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

“Paşinyan Sürixdə İsveçrədəki erməni diasporu ilə görüşündə bildirib ki, 1939-cu ildə “soyqırımı” gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu. Xatırladaq ki, daha əvvəl o qeyd etmişdi ki, bu məsələ sovet dövründə süni şəkildə kəskinləşdirilib, çünki Türkiyə NATO-ya üzv olub. 2024-cü ildə xarici işlər naziri Ararat Mirzoyan isə bəyan edib ki, erməni “soyqırımı”nın beynəlxalq tanınması məsələsi İrəvanın xarici siyasətinin prioriteti deyil”. – deyə o, əlavə edib.

T. Rüstəmxanlının fikrincə, “50-ci illər məsələsi” deyəndə Paşinyan məhz sovet hakimiyyəti dövründə, keçən əsrin 50-60-cı illərində baş verən hadisələri, həmin ərəfədə İrəvanda xüsusi memorialın qurulmasını, onunla əlaqədar hay-küylü tədbirlərin keçirilməsini xatırladır:

“Həqiqətən də bu hərəkətlər keçən əsrin 50-60-cı illərində Ermənistanda “soyqırımı” söhbətinin genişlənməsi və millətçilik hisslərinin qızışmasına səbəb oldu. Dolayısı ilə Paşinyan bu açıqlaması ilə sözügedən dövrdə həmin məsələnin Moskva tərəfindən qəsdən qızışdırıldığını da gündəmə gətirmiş oldu. Həqiqətən də bu addım Sovet İttifaqının Türkiyəyə qarşı NATO məsələsi ilə bağlı siyasətinin göstəricisi idi. Amma erməni Baş nazirinin bu açıqlamasını səmimi erməni peşmançılığı kimi qəbul etmək düzgün olmazdı. Bu həm də reallıqların erməni şovinizminə siyasi diktəsidir”.

Deputat onu da vurğulayıb ki, Paşinyan və erməni cəmiyyəti yaxşı başa düşür ki, Türkiyə ilə münasibətlərin normallaşması və sərhədlərin açılması Rusiya ilə münasibətlərin kəskinləşməsi fonunda Ermənistan üçün həyati əhəmiyyət kəsb edir:

“Ermənilər onu da yaxşı bilir ki, uzun bir dövr ərzində erməni ictimai şüurunda “soyqırımı” iddiaları ilə bağlı aparılan təbliğat Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına mənfi təsir edir. Həm Türkiyə tərəfi ermənilərin “soyqırımı” iddiaları yalanları qaldığı müddətdə Ermənistanla isti münasibətlərə yaxşı baxmır, həm də Ermənistanda toplum Paşinyan hakimiyyətinin Türkiyə ilə münasibətlərinə şübhəli yanaşır”.

“Bir məqamı da unutmamalıyıq ki, qondarma “soyqırımı” iddiası tək sovetlərin yox, eyni zamanda, Qərbin də Anadoludakı türklərə qarşı addımıdır. İndi Paşinyan bu mövqeyi ilə sülh razılaşmasına gedən yolda Türkiyəni yanına almaq istəyir. Olmayan bir “soyqırımı” iddiası ilə Türkiyə ilə qapıların açılmasının, Azərbaycanla sülh sazişinin imzalanmasının çətin olduğunu bildiyi üçün Paşinyan belə çıxış ediri. Amma bu işlər quru bəyanatla olmaz. Qondarma “soyqırımı” abidəsi ləğv edilməli, tarixi həqiqətlər gec də olsa, erməni rəsmilər tərəfindən etiraf olunmalıdır”, – deyə həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.

Seçilən
20
16
veteninfo.az

10Mənbələr